59 yaşlı kişi restoranda öldü
Mingəçevirdə restoranda kişi ölüb.
Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, hadisə Ş.İ.Xətai küçəsində yerləşən iaşə obyektində baş verib.
Belə ki, 1967-ci il təvəllüdlü şəhər sakini Asəm Məmmədov masa arxasında olarkən vəfat edib.
İlkin müayinə zamanı onun ürək çatışmazlığından öldüyü müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.









