Yunanıstan Zelenskiyə xəbərdarlıq etdi
Yunanıstanın Baş nazir Kiriakos Mitsotakis Volodimir Zelenskiyə müharibə zonasının əməliyyat ərazisindən kənara çıxmasının qarşısını almaq lazım olduğu barədə xəbərdarlıq edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb. Nəşrin məlumatına görə, məsələ Brüsseldə keçirilən Avropa İttifaqı sammiti çərçivəsində siyasətçilərin görüşü zamanı qaldırılıb.
Müzakirəyə Yunanıstan sahillərində Ukrayna hərbi dəniz pilotsuz təyyarəsinin aşkarlanması ilə bağlı hadisə səbəb olub.










