Bia.Az

AZAL Bakı-Naxçıvan reyslərini ləğv etdi - SƏBƏB

Cəmiyyət
 Bu gün, 02:20     24

Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti ilə əlaqədar Azərbaycan Hava Yollarının (AZAL) 18 iyun 2026-cı il tarixinə planlaşdırılan J2-293 və J2-2257 nömrəli Bakı–Naxçıvan reysləri ləğv edilib.

Bakupost.az xəbər verir ki, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.

AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.

*“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti*
скачать dle 12.1