Lukaşenko: İsrailə nüvə silahı kömək etməyəcək!
İsrail tələsməli və beynəlxalq ictimaiyyətin Qəzza zolağındakı hərbi əməliyyatın nəticələrinə reaksiyasını nəzərə almalıdır.
Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
O, İsraili ehtiyatlı olmağa dəvət edib:
“Onlar artıq Qəzzanı bombalamaqla dünya ictimaiyyəti arasında elə reytinq əldə ediblər ki, bundan o tərəfi yoxdur. Hətta çoxları tarixə nəzər salmağa başlayıb. Hansı Holokost? İsraillilər bu qədər insanı, xüsusən də qadın və uşağı öldürərkən hansı Holokostdan danışa bilərlər?"
Lukaşenko Qəzzanın ümumiyyətlə yer üzündən silindiyini bildirib:
“İnsanların sümükləri üzərində hansısa kurort yaratmaq istəyirlər. Axı, bu, səfehlikdir. Ona görə də İsrail gələcək varlığı barədə düşünməlidir. Əks halda, onlara nüvə silahı kömək etməyəcək”










