Bia.Az

Flora Kərimovanın səhhəti barədə nə deyirlər?

Cəmiyyət
 Bu gün, 12:01     128

Flora Kərimova bir neçə günə müalicə aldığı xəstəxanadan evə buraxıla bilər.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, bu barədə Xalq artistinin köməkçisi Yaqut İmanova məlumat yayıb.

Onun sözlərinə görə, müalicə davam etdirilir: "Səhhəti yaxşılaşır. Həkim nəzarəti altında müalicəsi aparılır, ola bilər, 3 günə evə buraxılsın. Bu, həkimlərin qərarından asılıdır". 

Xatırlatma: bir neçə gün öncə Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib. Sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.скачать dle 12.1