Bia.Az

Vens: ABŞ-İran memorandumu ümumi xarakter daşıyır

Dünya
 Bu gün, 01:48     30

BŞ və İran arasında əldə olunmuş qarşılıqlı anlaşma memorandumu ümumi çərçivəni müəyyən edən qısa sənəddir və əsas detallara dair razılaşmalar texniki danışıqlar zamanı formalaşdırılacaq.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens CNN telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, memorandum təxminən bir yarım səhifədən ibarətdir və ümumi xarakter daşıyır.

“Qarşıda texniki danışıqlar çərçivəsində həll edilməli olan bir sıra məsələlər var. Memorandum isə iranlıların öhdəliklərinə əməl edəcəkləri təqdirdə razılaşmadan hansı faydaları əldə edəcəklərini müəyyən edən çərçivə sənədidir”, - deyə Vens vurğulayıb.

ABŞ rəsmisi qeyd edib ki, tərəflər arasında əldə olunan ilkin razılaşmanın konkret mexanizmləri və texniki detalları sonrakı danışıqlar prosesində müzakirə olunacaq.скачать dle 12.1