Bia.Az

ZƏNGİNLƏRİN ALOVU - Ədalət Qarabulud

Redaktorun seçimi
 13-11-2025, 19:56     40 075

ZƏNGİNLƏRİN ALOVU


 I. Altın nəfəsli səma 


Zənginlərin aləmi altın nəfəsli,
almazdan doğan qasırğa.
Hər söz zəncirdir, hər baxış gümüş qılınc,
hər duyğu küllərə bürünmüş mələk qanadında yanar.
Səfalət yalnız ozonosfer qatında ucalır;
eqonun günəşi bütün səmanı əridir.

II. Kölgələrdəki qanun

Əxlaq burda sürünən kölgə,
hər qanun kartof kimi qoxuya bilər;
ama açılmazsa,
uçsuz-bucaqsız səhrada
insan ordusunu itaətdə saxlayır.
Hər addım qum saatının tərsinə dönən dişləri arasında itir.
Tanrı yalnız kardinal bozluğunda
və ya kral tacının soyuq qızılı ilə sözün sərhədini çəkir.


III. Ölümsüzlük iksiri 


Həyat maddəsi onların qida kimi
altın və almazın xələfləri,
əsrarəngiz ölümsüzlük iksiri,
idrakın kərpicləri.
Hər baxış bir dil, hər nəfəs bir başa düşülən kod,
etnik sıfırlar arasında
qəlblərin mövsümsüz iqlimi.


IV. Palitranın qanadı 


Dünya çılpaq fahişənin meşə fonunda rənglənmiş portret kimi,
varlı, amma səfeh bir rəssamın palitrasından doğar;
hər qığılcım sərvət, hər kölgə qiyamət,
hər nəfəs qara günəşin şüşə gözündə əks olunur.
Hər rəng eqonun qanadında titrəyir,
hər fırça toxunuşu bir dünyanı yandırır.


V. Tanrının eqosunda

 
Tanrını danmaq bir ehtiras, bir günah,
azadlıq heykəli altın və almazla hörülmüş eqosunda.
Gecə gümüş tozlu səma kimi açılır,
zənginlərin xəyali sükutu ulduzların qanadlarında fısıldayır.
Hər sirr şüşə qabda, hər xəyal bir heykəl kimi donur,
eqonun qızıl aynasında ölümlər də ölümsüz olur.


VI. Son alov 


Zənginlərin alovu gizli günəş kimi ürəklərdə yanar;
məhv və səfalət arasında yalnız bir nağıl kimi dolaşır.
Altın nəfəs, almaz qanad, eqo ilə toxunmuş mələk
hər kəsin xəyallarını yandırır.
Bu alovda hər şey mümkündür - 
hər şey qurban, hər şey sərvət.


Ədalət Qarabulud.

BİA.az
скачать dle 12.1