Bia.Az

ÜZÜM GÜLÜR, İÇİM AĞRIYIR... - Ədalət Qarabulud

Redaktorun seçimi
 6-09-2025, 02:21     3 125

ÜZÜM GÜLÜR, İÇİM AĞRIYIR...

=Poema=

Ön Söz

Bu kitab bir qəlbin pıçıltısıdır.
Burada gülüş də, ağrı da - insanın iki üzü kimi dayanır.
Üzündəki gülüşlə dünyanı aldatmaq olar,
amma içindəki ağrı - səni Tanrıya tanıdır.
Hər bir insan bir sirrdir.
O sirr bəzən gülüşlə gizlənir,
bəzən göz yaşıyla açılır,
bəzən də sözə çevrilmədən
ruhda yanıb kül olur.
Bu poema -
ağrının dua,
gülüşün pərdə,
susqunluğun zikr olduğu
mistik bir yolçuluqdur.
Oxucu,
əgər sən də oxuyarkən
öz ağrını xatırlayacaqsansa,
bil ki, bu sözlər mənim deyil,
sənin qəlbinin aynasıdır.

I Bölmə - Gülüşün pərdəsi

üzümdə gülürəm, qardaş,
içimdə ağrayır canım...
gülüşüm bir pərdədir,
dünya görsün deyə
özümü dağılmamış kimi.
amma içimdə -
daş divarların arasında
gizli bir inilti dolaşır.

II Bölmə - Ağrının sirri

ağrı, bəlkə də,
görünməyən dua kimidir.
əlini qaldırmadan,
dilini tərpətmədən,
ürəyin içində səslənən.
sanki Tanrıya gizli məktub -
göz yaşının mürəkkəbi ilə yazılmış.

III Bölmə — Fanilik və Məstlik

gülüşüm — məstlikdir,
amma şərabdan yox,
öz faniliyimi dərk etməkdən.
mən bir anlıq yanıb sönürəm,
külüm küləyə qarışır,
və o külün içində
məni axtaran yalnızlıq tapılır.

IV Bölmə — Yuxunun qapıları

yuxuda gəzdirirlər məni,
qapısız evlərə aparırlar.
güzgülərdə özümü görmürəm,
amma ardımca gələn səs
ölmüş uşaqların laylasıdır.
gülüşüm onların sükutuna pənahdır.

V Bölmə — Sirr və Nur

sirr mənə deyir:
“sus, çünki söz - ağır daşdır,
daşıyanı əzir.”
nur mənə deyir:
“yan, çünki ağrı -
məni görməyin yoludur.”
mən isə susub yanmaqdayam,
sanki ikisinin arasında
görünməz körpü.

VI Bölmə — Tanrının sükutu

üzümdə gülürəm, qardaş,
çünki bəzən Tanrı da gülür,
amma Onun gülüşündə kədər var.
ulduzlar - Onun göz yaşları,
səhərlər - Onun təbəssümü.
və mən anlayıram:
mənim gülüşüm də Onun sükutundan yaranıb.

Epiloq

üzümdə gülürəm, qardaş,
içimdə ağrayır canım...
hər gülüşümün altında
qopmuş bir sükut yatır,
hər ağrımın içində
Tanrının nəfəsi dolaşır.
mənim yolum -
fanilikdən bəqaya,
sirr pərdəsindən nura.
bir gün,
bu gülüş də sönəcək,
bu ağrı da dinəcək.
amma ruh,
öz sirrini qucaqlayıb
yenidən ulduzlara dönəcək.
və onda biləcəyəm:
ağrım mənim dua kitabım idi,
gülüşüm isə - 
Allahın imzası.
Son söz
Gülüş - dünyanın dilidir,
ağrı - ruhun dilidir.
Dünya sənin gülüşünü eşidər,
amma Allah yalnız ağrını dinləyər

Ədalət Qarabulud.

BİA.az
скачать dle 12.1