Bia.Az

NADANLIĞIN DAHİLİYİ - MANİFEST

Redaktorun seçimi
 18-09-2025, 01:27     7 643

NADANLIĞIN DAHİLİYİ - MANİFEST

nadanlıq - bataqlıqdır,
amma orda nəfəs almağı öyrənən
özünü dahi sayır.

dünyanın üzündə gülüş,
alt qatında kopya.
mətnlər təkrar,
fikirlər yığıntı.
amma saxta qəhrəman
poz verir xoşbəxtcəsinə.

geriyə getmək - hərəkət deyil,
amma biz buna yürüş deyirik.

oxuduqlarımız
bizə özümüzü yox,
kölgəmizi tanıdır.

nadanlıq qoruyur öz sürüsünü,
sürü də
onu əl çalaraq ucaldır.

təfəkkürün bataqlığında
boğulmamaq üçün
burnunu tutursan,
amma nəfəs də orda lazım -
ona görə nadanlaşırsan ki,
dahiləşəsən.

həqiqət acıdır,
amma onu da
yalanın şərabı ilə sulayırlar.

dünyada ən böyük imperiya -
beyin imperiyası deyil,
təslim olmuş düşüncələrin
məchul səltənətidir.

nadanlıq -
öz zəhərindən sərxoş olmaq,
öz bataqlığını cənnət sanmaqdır.

və biz - 
gülməliyik, vallah...
çünki gülüşümüz də
qəbir daşına həkk olunacaq

bax, bu da bir təkrar kopya...


Ədalət Qarabulud.

BİA.az
скачать dle 12.1