Bia.Az

“Qalatasaray” çempionluğa daha da yaxınlaşdı

İdman
 19-04-2026, 00:36     993

“Qalatasaray” çempionluq yolunda mühüm qələbə qazanıb.

Axar.az xəbər verir ki, Türkiyə Super Liqasının 30-cu turunda Ankarada “Gənclərbirliyi” ilə qarşılaşan “sarı-qırmızılar” 2-1 hesabı ilə qalib gəliblər.
Çempionatın bitməsinə cəmi 4 həftə qalmış qazanılan bu 3 xal komandanı qızıl medallara bir qədər də yaxınlaşdırıb. Hazırda komanda ən yaxın rəqibi “Fənərbağça”dan 4 xal irəlidədir.

“Qalatasaray” növbəti turda “Fənərbağça”nı öz meydanında qəbul edəcək.скачать dle 12.1