Bia.Az

Millimiz növbəti qələbəsini qazandı

İdman
 15-04-2026, 00:50     1 009

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Axar.az xəbər verir ki, səfərdə Andorra ilə üz-üzə gələn Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv 3:1 hesablı qələbə qazanıb.

Yığmanın heyətində Sevinc Cəfərzadə (15, 51) dubl müəllifi olub. Esra Manya (90+5) isə millinin üçüncü qolunu vurub.

Qarşılaşma "Andorra la Vella" stadionunda keçirilib.

Daha əvvəl Macarıstana uduzan yığma (0:1) Şimali Makedoniyanı (2:0) məğlub edib.скачать dle 12.1