Bia.Az

Tramp İrana vurulan ziyandan danışdı: “15-20 il vaxt lazım olacaq”

Gündəm
 Bu gün, 01:28     110

Bütün zənginləşdirilmiş materialların ehtiyatlarının İrandan çıxarılması ilə bağlı texniki müzakirələr dərhal başlayacaq.

Bakupost.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, İranın iqtisadi yardımı və yenidənqurma investisiyaları ciddi şəkildə qarşı tərəfin yaxşı davranışından asılıdır.


Tramp İrana son müharibədə 1 trilyon dollardan çox ziyan dəydiyini deyib.

"Hazırda sahib olduqlarını bərpa etmək üçün onlara 15-20 il vaxt lazım olacaq. Buna görə də, özlərini yaxşı aparmalıdırlar. Əgər yaxşı davranmasalar, yenidən zərbə alacaqlar", - deyə ABŞ Prezidenti əlavə edib.
скачать dle 12.1