Bia.Az

Rusiyanın hərbi helikopteri yoxa çıxdı

Dünya
 19-05-2026, 00:51     1 067

Rusiyaya məxsus Mi-8 helikopteri yoxa çıxıb.

Axar.az xəbər verir ki, bu barədə “Militarnıy” nəşri Rusiya təbliğat resurslarına istinadən məlumat yayıb.

Bildirilir ki, hazırda həqiqətən də bu modifikasiyalı helikopterin itib-itmədiyi dəqiq məlum deyil. Çünki insidentin başvermə şəraiti hələ də aydınlaşdırılmayıb.

Nəşrin ehtimalına görə, mümkün səbəblər arasında helikopterin Ukrayna dronu tərəfindən vurulması, hava hücumundan müdafiə sistemlərinin, o cümlədən Rusiya HHM vasitələrinin fəaliyyəti və ya texniki nasazlıq ola bilər.скачать dle 12.1