Pezeşkian İranın təslim olması xəbərlərinə belə reaksiya verdi
İranın ABŞ-la dialoqu Tehranın təslim olması demək deyil.
Globalinfo.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian X sosial media platformasında bildirib.
O, İranın qanuni hüquqlarından geri çəkilməyəcəyini vurğulayıb.
“Biz xalqa xidmət edəcək və İranın maraqlarını və ləyaqətini bütün gücümüzlə müdafiə edəcəyik”, – deyə Pezeşkian yazıb.
ABŞ prezidenti Donald Tramp daha əvvəl İranın Vaşinqtonla sülh razılaşması əldə etməkdə çox maraqlı olduğunu bildirmişdi. O, həmçinin ABŞ ordusuna razılaşma əldə edilmədiyi təqdirdə İslam Respublikasına qarşı tammiqyaslı hücuma hazır olmağı tapşırmışdı.






