Bia.Az

Hər kəs bu əraziyə axın edir: Torpağın sotu 1-2 avroya satılır

Dünya
 13-05-2026, 01:12     1 627

Cənubi Kiprin Limasol bölgəsindəki uzun müddətdir tərk edilmiş Trozena kəndi İsrail ilə əlaqələri olan bir investor tərəfindən həyata keçirilən genişmiqyaslı torpaq satınalma və yenidənqurma planı səbəbindən ictimai müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, israilli investorlar son illərdə kənddə və ətraf ərazilərdə geniş miqyasda torpaq və əmlak alışı həyata keçiriblər.
Qeyd olunur ki, investorlar bu ərazidə torpaq sahəsi üçün 1-2 avro məbləğində pul vəsaiti ödəyir.

“Phileleftheros” qəzetində dərc olunan məlumata görə, macar-israilli investorların şirkəti kənddə cəmi 94 torpaq sahəsi alıb. Bəzi torpaq sahələrinin çox aşağı qiymətlərlə, məsələn, kvadrat metrə 1-2 avroya əldən-ələ keçirildiyi bildirilir.

Lakin şirkətin digər satınalmalarda hər torpaq sahəsi üçün 20.000 ilə 40.000 avro arasında pul ödədiyi də bildirilib.

Alışların 2022-ci ildən bəri tədricən və mərhələli şəkildə həyata keçirildiyi qeyd olunurскачать dle 12.1