Bia.Az

Trampdan Donbasın Rusiyaya verilməsi xəbərinə reaksiya

Dünya
 13-05-2026, 01:09     1 618

ABŞ Prezidenti Donald Tramp Donbası Rusiyanın bir hissəsi kimi tanımaq barədə hər hansı bir razılaşma olmasını təkzib edib

Globalinfo.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Tramp jurnalistlərin Donbasın tamamilə Rusiyaya verilməsi barədə Rusiya prezidenti Vladimir Putinlə razılığa gəlib-gəlmədiyi ilə bağlı sualına qısaca “xeyr” cavabını verib.

Qeyd edək ki, Ukrayna qoşunlarının Donbasdan çıxarılması Kreml üçün prinsipial məsələdir. Tramp isə bu gün Rusiya-Ukrayna münaqişəsi ilə bağlı vəziyyətin “həll olunmağa çox yaxın” olduğunu qeyd edib.скачать dle 12.1