Kiyev qarışdı: ölkədə çevriliş baş verdi – Merkuris
Ukraynadakı NABU (Milli Antikorrupsiya Bürosu) axtarışları çevrilişin başlanğıcına bənzəyir.
Globalinfo.az xəbər verir ki, bunu britaniyalı hərbi analitik Aleksandr Merkuris deyib.
“Kiyevdə yeni çevrilişin əlamətləri ortaya çıxmağa başlayıb. Silahlı polis və təhlükəsizlik qüvvələri Kiyevin mərkəzindəki hökumət binalarının yaxınlığında yerləşdirilib”, – ekspert qeyd edib.
Merkuris Zelenskinin ətrafından müxtəlif şəxslərə qarşı həbslər, eləcə də istintaq araşdırmaları barədə məlumatlar olduğunu vurğulayıb.
Analitik qeyd edib ki, son həftələrdə NABU Volodimir Zelenskinin köməkçisi Timur Mindıçın işi ilə bağlı sənədlərin dərcini sürətləndirib.






