Bia.Az

Zaxarova Türkiyə ilə bağlı sərt danışdı: “Qara dənizə vurulan zərbəyə görə…”

Dünya
 30-04-2026, 01:18     1 233

Türkiyə və Bolqarıstan NATO çərçivəsində Ukraynaya dəstək verməklə dolayısı ilə Qara dənizə ekoloji ziyan vurulmasına şərait yaradır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, alyansın üzvləri olaraq hər iki ölkə Kiyevə hərbi və maliyyə yardımı ayırmaqla bağlı qərarlara görə məsuliyyət daşıyır.
“Onlar siyasi dəstək aktları, maliyyələşdirmə, birbaşa silah tədarükü və müxtəlif informasiya yardımı ilə faktiki olaraq dəniz üzərindən zərbə endirilməsinə şərait yaradırlar. Söhbət məhz Qara dənizə vurulan ekoloji zərbədən gedir”, — deyə Zaxarova vurğulayıb.скачать dle 12.1