Putin Çeçenistanı nümunə çəkib çağırış etdi
Rusiya Prezidenti Vladimir Putin Kremldə Çeçenistan lideri Ramzan Kadırovla görüşündə respublikanın doğum nisbətini “çox yaxşı” adlandırıb.
Globalinfo.az xəbər verir ki, dövlət başçısı Rusiyanın digər bölgələrini Çeçenistanın nümunəsini izləməyə çağırıb.
“Əgər hər kəsin doğum səviyyəsi eyni olsaydı, demoqrafik problemlər və çətinliklər olmazdı”, – deyə Rusiya lideri qeyd edib.
Ötən payız prezident Rusiyanın doğum nisbətinin azalması ilə üzləşdiyini bəyan edib. O, bunu Böyük Vətən müharibəsinin itkiləri və 1990-cı illərin iqtisadi böhranı nəticəsində yaranan iki demoqrafik depressiyanın əks-sədası ilə əlaqələndirib.






