Bia.Az

Trampdan İranla bağlı təcili qərar: Zərbə endirilməsinə icazə verdi

Dünya
 30-04-2026, 01:07     1 056

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın İrana qarşı əlavə zərbələr endirilməsinə icazə verib, lakin bu danışıqların gedişindən asılı olacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “İndependent” məlumat yayıb.

Tramp Vaşinqtonun İslam Respublikasına qarşı daha çox zərbə endirməyi planlaşdırıb-planlaşdırmadığı ilə bağlı suala cavab olaraq bildirib:
“Bilmirəm. Bu, hadisələrin necə inkişaf etməsindən asılıdır. Biz danışıqlar aparırıq”.

Amerika lideri həmçinin qeyd edib ki, Tehran artıq uzun bir yol qət edib, lakin onların lazım olduğu qədər irəli gedə biləcəyi sual altındadır.
Tramp vurğulayıb ki, İran heç vaxt nüvə silahı əldə etməyə razılaşmadığı təqdirdə razılaşma baş tutmayacaq.скачать dle 12.1