Bia.Az

İtaliyalı nazir Trampın təklifini "yersiz" adlandırdı

Dünya
 24-04-2026, 00:56     1 235

taliyanın gənclər və idman naziri Andrea Abodi ABŞ Prezidenti Donald Trampın yüksək vəzifəli nümayəndəsinin İtaliyanın 2026-cı il Dünya Çempionatında İranı əvəz etməsi ilə bağlı təklifini "yersiz" adlandırıb.

Teleqraf xəbər verir ki, İtaliyanın ANSA xəbər agentliyinin məlumatına görə, nazir bunun düzgün olmadığını deyib:

"Bu, düzgün deyil, meydanda qazanaraq turnirdə iştirak edirsən. Dünya Kubokunun təşkilatçısı olan FİFA-nın belə bir hərəkəti təkcə qeyri-mümkün deyil, həm də uyğunsuzdur" - deyə, nazir qeyd edib.

Qeyd edək ki, İtaliya ardıcıl üçüncü dəfədir ki, dünya çempionatına vəsiqə qazana bilmir.скачать dle 12.1