Bia.Az

Putin inanılmaz plan hazırlayıb: Bəşəriyyət üçün ən dəhşətli ssenari yaxınlaşır

Dünya
 24-04-2026, 00:54     1 246

Rusiya ilə Avropa ölkələri arasında münasibətlərdə gərginliyin artdığı bir dövrdə nüvə təhlükəsi ilə bağlı narahatlıqlar yenidən gündəmə gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Military times” nəşri məlumat yayıb. Bildirilir ki, Rusiya lideri Vladimir Putin rəhbərliyində Kreml mümkün eskalasiya ssenarilərini, o cümlədən nüvə silahından istifadə ehtimalını nəzərdən keçirir.

Qeyd olunur ki, son dövrlərdə hərbi və siyasi ritorikanın sərtləşməsi tərəflər arasında qarşıdurma riskini artırır. Xüsusilə təhlükəsizlik və strateji balans məsələləri fonunda qarşılıqlı ittihamlar daha da intensivləşib.

Məlumatda bildirilir ki, RusiyaAvropa ölkələri və Ukrayna arasında mümkün nüvə müharibəsinin başlaması bəşəriyyət üçün ən faciəvi ssenarilərdən biri hesab olunur və II Dünya müharibəsindən sonra ən ağır və dağıdıcı dövrə səbəb ola bilər.


Analitiklərin fikrincə, belə açıqlamalar daha çox təzyiq və çəkindirmə məqsədi daşısa da, bu kimi bəyanatlar regionda və qlobal səviyyədə narahatlıqları artırıb. Avropa ölkələri isə öz növbəsində təhlükəsizlik tədbirlərini gücləndirir və mümkün risklərə qarşı hazırlıq səviyyəsini artırmağa çalışır.скачать dle 12.1