Bia.Az

İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün Pakistanda

Dünya
 11-04-2026, 01:29     925

ranın nümayəndə heyəti parlament sədri Məhəmməd Bağır Qalibafın rəhbərliyi altında ABŞ ilə danışıqlar üçün Pakistanın paytaxtı İslamabada səfər edib.

Axar.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Məlumata görə, Qalibafı İran xarici işlər naziri Abbas Arakçı, Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədian, Mərkəzi Bankın sədri Əbdülnasir Hemmati də müşayiət edirlər.

ABŞ-ı isə danışıqlarda vitse-prezident Ceyms Devis Vens, Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner təmsil edəcək.

"Qarşı tərəf danışıqların başlaması üçün İranın ilkin şərtlərini qəbul edərsə, bu danışıqlar başlayacaq", - məlumatda qeyd olunub.скачать dle 12.1