“İran bunu axmaqlıq hesab edir” – Əraqçidən ABŞ-a sərt sözlər
“İsrailin Baş naziri Benyamin Netanyahunun cinayət işi üzrə məhkəmə prosesi bazar günü yenidən başlayacaq. Livan da daxil olmaqla regionda mümkün atəşkəs bu prosesin sürətlənməsinə və nəticədə Netanyahunun həbsinə gətirib çıxara bilər”.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi sosial media hesabında paylaşım edib.
Əraqçi həmçinin ABŞ-ı tənqid edərək qeyd edib ki, “Vaşinqtonun Netanyahunun diplomatiyanı məhv etməsinə imkan verməsi öz iqtisadiyyatına zərbə vurmaq deməkdir”.
O vurğulayıb ki, İran bunu axmaqlıq hesab etsə də, belə ssenariyə hazırdır.




