İran uzunmüddətli müharibə elan etdi
İranın Ali rəhbərinin xarici siyasət üzrə müşaviri Kamal Xarazi ölkəsinin ABŞ-la uzunmüddətli müharibəyə hazır olduğunu bəyan edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə CNN telekanalına açıqlamasında bildirib.
Xarazinin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp danışıqlar zamanı verdiyi vədləri yerinə yetirməyib:
“Artıq diplomatiya üçün yer görmürəm. Çünki Donald Tramp başqalarını aldadıb və vədlərini yerinə yetirməyib. Biz bunu danışıqlar zamanı iki dəfə gördük – danışıqlar apararkən onlar bizə hücum edirdilər”.
Xarazi əlavə edib ki, Körfəz ölkələri və digər dövlətlər müharibənin qarşısını almaq üçün Vaşinqtona təzyiq göstərməlidirlər, əks halda region ciddi itkilərlə üzləşə bilər.




