Bia.Az

Tramp İranla müharibənin başa çatdığını elan etdi – CBS

Dünya
 10-03-2026, 00:38     863

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla müharibə “demək olar ki, başa çatıb”. 

Globalinfo.az xəbər verir ki, bu barədə “CBS News”un müxbiri Veycia Cianq məlumat paylaşıb.

Jurnalist iddia edib ki, Tramp ona müsahibə zamanı belə deyib:

“Düşünürəm ki, böyük müharibə demək olar ki, bitib. Onların donanması, rabitə sistemləri, hava qüvvələri yoxdur”.

Qeyd edək ki, 28 fevral tarixində ABŞ və İsrail hərbi qüvvələri İran ərazisində bir sıra obyektləri vurub. Bundan sonra regionda gərginlik sürətlə artıb və tərəflər arasında qarşılıqlı zərbələr qeydə alınıb.

скачать dle 12.1