Putin yeni əmr verdi
Rusiya Prezidenti Vladimir Putin Ukraynada aparılan xüsusi hərbi əməliyyatda iştirak edən hərbçilərin reproduktiv sağlamlığının qorunması ilə bağlı yeni tədbirlərin hazırlanmasını tapşırıb.
Globalinfo.az xəbər verir ki, Rusiya lideri bu barədə Kremldə müxtəlif peşələri təmsil edən qadınlarla görüş zamanı danışıb.
Putin bildirib ki, döyüş tapşırıqlarının yerinə yetirildiyi şərait son dərəcə ağırdır və bu amillər hərbçilərin reproduktiv funksiyasına da təsir göstərə bilər.
Onun sözlərinə görə, hərbi qulluqçular bəzən gecəni birbaşa yerdə keçirməyə məcbur qalırlar ki, bu da ciddi fiziki gərginlik yaradır. Prezident əlavə edib ki, döyüş bölgəsində həyat və sağlamlıq üçün risklər daimi xarakter daşıyır.
Putin qeyd edib ki, xüsusi əməliyyatda iştirak edən hərbçilərin reproduktiv sağlamlığının qorunması məqsədilə irəli sürülən təşəbbüslər nəzərdən keçiriləcək. O, bu məsələyə şəxsən nəzarət edəcəyini bildirib.




