Diz çökərək evlilik təklifi edən kişilər həbs ediləcək – Qalmaqallı qərar
Uqandada diz çökərək evlilik təklifi edən kişilərin həbs olunacağı ilə bağlı qərar verilib.
Globalinfo.az xəbər verir ki, bunu müdafiə naziri Muhoozi Kaineruqaba bildirib. O qeyd edib ki, qadına evlilik təklifi zamanı diz çökən hər hansı kişi həbs oluna bilər. Bu barədə Africa Global News məlumat yayıb.
Nazirin sözlərinə görə, belə bir davranış Afrika mədəniyyətinə aid deyil. O qeyd edib ki, qadının qarşısında diz çökərək evlilik təklifi etmək ağların cəfəngiyyatıdır və yerli ənənələrə uyğun gəlmir.
Qeyd edək ki, Muhoozi Kaineruqaba tez-tez mübahisəli açıqlamaları ilə gündəmə gəlir. Nazir son çıxışında belə hallarda hansı hüquqi ittihamların tətbiq ediləcəyini dəqiqləşdirməsə də, onun sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.




