Bia.Az

Ərdoğan hazır olduğunu bildirdi, Putin təşəkkür etdi

Dünya
 19-07-2025, 01:05     669

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsi məlumat yayıb.

Liderlər telefon danışığında ikitərəfli əlaqələrlə yanaşı, regional məsələləri də gündəmə gətiriblər.

Ərdoğan həmkarına Ukrayna ilə danışıqların üçüncü raundunun başlamasının vacib olduğunu, İstanbulun da danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirib.

Vladimir Putin Ərdoğana İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarını davam etdirməyə hazır olduğuna görə təşəkkür edib.

Putin həmçinin Ukraynadakı münaqişənin siyasi və diplomatik həllini tapmağa sadiq olduğunu bildirib.скачать dle 12.1