Bia.Az

Rusiya Almaniya ilə bu sazişdən çıxdı

Dünya
 19-07-2025, 01:05     703

Rusiya Almaniya hökuməti ilə hərbi-texniki əməkdaşlıq haqqında sazişdən çıxıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Baş naziri Mixail Mişustin qərar imzalayıb.

Qeyd olunur ki, müqavilə 1996-cı ildə imzalanıb. Sonra Moskva və Berlin razılaşıblar ki, Rusiya və Almaniya müəssisələri, təşkilatları və idarələri arasında hərbi-texniki əməkdaşlığı inkişaf etdirəcəklər.

Daha öncə də Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, hazırkı şəraitdə saziş öz mənasını və praktiki əhəmiyyətini itirib.скачать dle 12.1