Bia.Az

Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı

Cəmiyyət
 13-02-2026, 11:14     1 116

Fevralın 12-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən BİA.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 180, o cümlədən borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 30 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.скачать dle 12.1