Bia.Az

"Amore Boutique"da "ENDİRİM": Mağaza müştəriləri necə aldadır? — ŞİKAYƏT/FOTO

Cəmiyyət
 13-02-2026, 11:11     1 111

Azərbaycanın tanınmış mağazalar şəbəkələrindən biri olan “Amore Boutique” müştərilərinə qarşı saxtakarlıq etməkdə ittiham olunur. Mağazanın tətbiq etdiyi “endirim” siyasətinin əslində vətəndaşların cibinə girmək üçün qurulmuş bir tələ olduğu üzə çıxıb.


Yenicag.az-a daxil olan şikayətə görə, mağazanın Bakıxanov filialında vətəndaş açıq şəkildə aldadılıb. Vətəndaşın iddiasına görə, mağaza rəhbərliyi süni qiymət artımı vasitəsilə alıcıları manipulyasiya edir.

media-whatsapp-image-2026-02-13-at-10-14-48-2

Şikayətçi bildirir ki, mağazadan 20 manat qiymət yazılan paltarı guya “böyük endirimlə” 15 manata satın alıb. Lakin məhsulun üzərindəki qiymət kağızı (etiket) qopub onun altından məhsulun əsl qiymətinin cəmi 12 manat olduğu üzə çıxıb

media-whatsapp-image-2026-02-13-at-10-14-48

Məlum olub ki, mağaza əslində 12 manat olan məhsulun üzərinə 20 manatlıq etiket vurub, sonra isə onu “endirim” adı altında 15 manata sataraq müştəridən əlavə qazanc əldə edib. Beləliklə, müştəri endirim əldə etdiyini düşündüyü halda, əslində məhsulu real qiymətindən 25% daha baha alıb.

media-whatsapp-image-2026-02-13-at-10-14-48

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Qeyd: İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə görə, qiymətlərin bu cür süni şəkildə manipulyasiya edilməsi birbaşa qanun pozuntusudur.

скачать dle 12.1