Sərxan aktyorların MÜDAFİƏSİNƏ QALXDI - “Rejissor ayrılan pula maşın alır, kreditini verir”
“İndiki seriallarımız sovetlər dövründə çəkilən filmlərlə türklərin bu gün çəkdikləri serialların arasında qalıb”.
Yenicag.az xəbər verir ki, bu sözləri “Öz aramızda” verilişində şoumen, aktyor və müğənni Sərxan Kərəmoğlu deyib.
Sənətçi bu gün çəkilən serialların keyfiyyət göstəricisinin aşağı olduğunu bildirib və bunun səbəblərini açıqlayıb:
“İndiki seriallarımız sovetlər dövründə çəkilən filmlərlə türklərin bu gün çəkdikləri seriallar arasında qalıb. Bilmirlər sağa qaçsınlar, ya sola… Aktyorların da haqqına girmək olmaz. Bir gündə, bir ayda birillik serial çəkiləndə, onun nə keyfiyyəti olacaq? Necə ola bilər axı, serialda bir insan zaman keçsə də, dəyişməz olaraq qalır? Yəni bu insan həyatda olduğu kimi yaşlanmadımı? Bu qadın saç, qaş formasını dəyişmədimi? Çünki bir ayın içində çəkirlər. Bəs onda serialı çəkən adam necə maşın alsın, necə evinin kreditini versin? Buna görə bir ayda çəkirlər”.






