Qubaya yeni icra başçısı TƏYİN EDİLDİ – SƏRƏNCAM
İlqar Akif oğlu Mahmudov Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
BİA.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.![]()
Prezident İlham Əliyevin sərəncamı ilə İlqar Akif oğlu Mahmudov Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
BİA.az-ın “Unikal”a istinadən əldə etdiyi məlumata görə, İlqar Mahmudov bu sərəncamadək Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri olub.
O, daha əvvəl Bakı Humanitar Kollecin direktoru işləyib.





