Bia.Az

Avropa çempionatı: Azərbaycan millisi 1/4 finalda Çexiyanı darmadağın edib

İdman
 3-06-2026, 01:05     642

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gün 1/4 final oyununa çıxıb.

Teleqraf xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda Çexiya yığması üzərində inamlı qələbə qazanıb.

“Tipos Arena”da keçirilən oyunda millimiz 5-2 hesabı ilə qalib gəlib. Növbəti turda Azərbaycan millisinin rəqibi Rumıniyanı məğlub edən Serbiya olacaq.

Qeyd edək ki, Azərbaycan millisi 1/8 finalda Qazaxıstan yığmasını 3:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. F qrupunda mübarizə aparan komandamız Avstriya (1:0), İtaliya (3:0) və Fransa (3:2) üzərində qələbə qazanıb.скачать dle 12.1