Bia.Az

Ronaldo karyerasının 35-ci titulunu qazandı

İdman
 22-05-2026, 01:46     1 372

Beşqat "Qızıl top" mükafatçısı Kristiano Ronaldo "Əl-Nəsr" futbol klubunun Səudiyyə Ərəbistanı Premyer Liqasının qalibi olması ilə 35-ci peşəkar titulunu qazanıb.

Axar.az xəbər verir ki, Ronaldo ilk titulunu 2002-ci ildə qazanıb. O, "Sportinq"də debüt mövsümündə Portuqaliya Super Kubokunun qalibi olub.
Hücumçu daha sonra "Mançester Yunayted"lə doqquz, "Real Madrid"lə 15 və "Yuventus"la beş titul qazandı.

K.Ronaldo "Əl-Nəsr"ə 2022-ci ilin dekabrında qoşulub və bundan əvvəl klub ilə yalnız 2023-cü ildə Ərəb Çempionlar Kubokunu qazana bilib.скачать dle 12.1