Konfrans Liqasında ən sürətli qol "Şaxtyor"un qapısına vurulub
Ukraynanın "Şaxtyor" komandası UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyununda İngiltərənin "Kristal Palas" klubuna qarşı matçda turnir tarixinin ən sürətli qolunu buraxıb.
Teleqraf xəbər verir ki, görüşün 21-ci saniyəsində London təmsilçisinin seneqallı yarımmüdafiəçisi İsmailla Sarr rəqib qapısına yol taparaq rekorda imza atıb.
Qeyd edək ki, UEFA Konfrans Liqası Avropada klub səviyyəsində üçüncü ən nüfuzlu turnirdir və 2021/22 mövsümündən keçirilir. Turnirin son qalibi isə İngiltərənin "Çelsi" komandasıdır.






