“Qarabağ” – “Nyukasl Yunayted”: təmsilçilərimiz böyük hesabla məğlub oldu – VİDEO
“Qarabağ” – “Nyukasl” qarşılaşması başa çatıb.
Globalinfo.az xəbər verir ki, Ağdam təmsilçisi 6-1 hesabı ilə məğlub olub.
***23:17
“Nyukasl” oyunun 72-ci dəqiqəsində 6-cı qolu vurub.
Globalinfo.az xəbər verir ki, Mörfinin dəqiq zərbəsi ilə rəqib komanda top fərqini 5-ə çatdıra bilib.
***23:00
“Qarabağ” ikinci hissədə ilk qola imza atıb.
Globalinfo.az xəbər verir ki, Elvin Cəfərquliyev 54-cü dəqiqədə komandamıza ilk qolu qazandırıb.
***22:48
Qarşılaşmada ilk hissə bitib.
Globalinfo.az xəbər verir ki, “Qarabağ” fasiləyə 0-5 hesabla yollanıb.
***22:31
Növbəti penalti zərbəsi də (45+1`) Qordon tərəfindən dəqiq icra edilib.
Globalinfo.az xəbər verir ki, rəqib komanda hesabına 5-ci qolu yazdırıb.
***22:19
Qordon 34-cü dəqiqədə “Nyukasl”ı hesabda 4 fərqlə irəli çıxarıb.
***22:17
“Qarabağ“ın qapısına təyin edilən penalti zərbəsi ilə “Nyukasl” hesabına 3-cü qolu yazdırıb.
Globalinfo.az xəbər verir ki, 32-ci dəqiqədə Qordon penaltini dəqiq zərbə ilə yerinə yetirib.
***21:53
“Qarabağ” – “Nyukasl” qarşılaşmasında ikinci qol vurulub.
Globalinfo.az xəbər verir ki, 8-ci dəqiqədə Malik Thiaw “Nyukasl”a ikinci qolu qazandırıb.
***21:48
“Qarabağ” – “Nyukasl” qarşılaşmasının 3-cü dəqiqəsində hesab açılıb.
Globalinfo.az xəbər verir ki, Entoni Qordon “Nyukasl”ı hesabda irəli çıxarıb.
***21:43
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ” İngiltərənin “Nyukasl Yunayted” komandası ilə qarşılaşır.
Globalinfo.az xəbər verir ki, Ağdam təmsilçisi qonaq komandanı Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edir.
Qeyd edək ki, bu “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki ilk oyunudur.






