Bia.Az

"Traktor" Çempionlar Liqasında qarşısıalınmazdır: 4-cü qələbə

İdman
 23-12-2025, 01:23     1 036

"Traktor" Asiya Çempionlar Liqasının əsas mərhələsində ardıcıl dördüncü qələbəsini qazanıb.

Axar.az xəbər verir ki, Təbriz komandası öz meydanında Qətərin “Əl-Duhail” klubu ilə qarşılaşıb.

İlk hissədən sonra hesabda geridə olsa da, “Traktor” fasilədən sonra geridönüş edərək əzmkar qələbə qazanıb: 2-1.

Bu nəticə ilə “Traktor” 14 xalla turnir cədvəlində 2-ci pilləyə yüksəlib. Bu qələbə sayəsində Təbriz klubu həm də pley-offa vəsiqəni təmin edib.скачать dle 12.1