"Qarabağ" “Napoli”yə qarşı: ikinci qol - Canlı
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda qarşılaşacaq "Napoli" (İtaliya) və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.
Axar.az xəbər verir ki, "Stadio Diego Armando Maradona" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
"Napoli": Milinkoviç Saviç, Alessandro Buoncorno, David Neres, Skott Maktominey, Amir Rahmani, Matias Olivera, Rasmus Hoylunn, Covanni Di Lorenso (k), Sam Byokema, Stansislav Lobotka, Noa Lanq
"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Emanuel Addai, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.
***
"Napoli" - "Qarabağ" qarşılaşması start götürdü.
***
İlk hissədə tərəflərin səylərinə baxmayaraq, hesab açılmadı.
***
"Napoli" görüşün 56-cı dəqiqəsində penalti zərbəsini qaçırdı. Koxalski zərbəni dəf etdi.
***
"Napoli" 66-cı dəqiqədə Mak Tomaninin qolu ilə hesabı açdı: 1-0.
***
Mak Tomani 73-cü dəqiqədə özünün və komandasının ikinci qolunu vurdu: 2-0.
Canlı yayımı təqdim edirik:




