Bia.Az

“Qarabağ”ı İtaliyada dəstəkləyəcək azarkeşlərin sayı

İdman
 21-11-2025, 01:56     1 222

“Qarabağ”ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Napoli” ilə İtaliyadakı oyunda dəstəkləyəcək azarkeşlərin sayı açıqlanıb.

Axar.az xəbər verir ki, klubun mətbuat xidmətindən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, indiyədək 950 vauçer əldə olunub.
Noyabrın 21-dən vauçerlərin satışı dayandırılacaq.

Məlumat üçün bildirək ki, "Qarabağ" azarkeşləri üçün "Stadio Diego Armando Maradona"da 2480 yer ayrılıb.

Qeyd edək ki, “Napoli” – “Qarabağ” oyunu noyabrın 26-sı Bakı vaxtı ilə 00:00-da, yerli vaxtla isə (İtaliya) 25 noyabr saat 21:00-da start götürəcək.скачать dle 12.1