Bia.Az

Ronaldo yeni rekorda imza atdı

İdman
 15-10-2025, 01:32     523

Portuqaliya yığma komandasının futbolçusu Kristiano Ronaldo dünya çempionatlarının seçmə mərhələlərində vurulan qolların sayına görə yeni rekorda imza atıb.

Axar.az xəbər verir ki, 40 yaşlı hücumçu Macarıstanla matçın 22-ci dəqiqəsində fərqlənərək hesabı açıb. Daha sonra isə komandasının ikinci qoluna imza atıb. Qarşılaşma 2-2 hesabı ilə başa çatıb

Bu, Ronaldonun dünya çempionatlarının seçmə oyunlarında vurduğu 41-ci qol olub.

Ronaldo Qvatemala seçməsinin sabiq futbolçusu Karlos Ruisi (39 qol) geridə qoyaraq, dünya çempionatlarının seçmə mərhələləri tarixindəki ən yaxşı bombardiri adına yiyələnib.

Rekordçular siyahısı belədir:
Kristiano Ronaldo (Portuqaliya) — 41 qol
Karlos Ruis (Qvatemala) — 39 qol
Lionel Messi (Argentina) — 36 qol
Əli Daei (İran) — 35 qol
Robert Levandovski (Polşa) — 33 qol
Qeyd edək ki, Ronaldo klub karyerasını Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasında davam etdirir.скачать dle 12.1