Bia.Az

Türk şərhçi "Qarabağ" haqda elə sözlər dedi ki...

İdman
 18-09-2025, 01:22     648

Türkiyəli futbol şərhçisi Ertem Şener “Qarabağ”ın Çempionlar Liqasında “Benfika”ya qalib gəlməsindən danışıb
.
Axar.az xəbər verir ki, o, bu haqda öz sosial şəbəkə hesablarında paylaşım edib.

E.Şener "Qarabağ"ı Türkiyə klublarına nümunə olaraq göstərib:

“Qarabağ"ın qanında məğlub olmamaq var. Canım "Qarabağ"ım, kimə uduzdunuz ki, "Benfika"ya da uduzasınız? Avropanın bir ucundan "Qarabağ" olan yerə qədər baxın. Çox böyüksən, "Qarabağ"! 0:2-dən 3:2-yə! "Qarabağ" tarix yazdı. "Fənərbağça”, “Qalatasaray” rəhbərlərinə deyin, Qurban Qurbanovu çağırsınlar, gəlib akademiya məşqçilərinə dərs desin. “Qarabağ” rəhbərliyindən transferi necə etdiklərini soruşun. İnsanlar 200 min avroya Kamilo Duranı alır, o da Çempionlar Liqasında qol vurur. Sizsə 21 milyon avroya Con Duranı gətirirsiz, o da əsa ilə gəzir. “Portimonense”dən “Qarabağ”a keçən kolumbiyalı Duran isə kluba tarix yaşadır…”скачать dle 12.1