Bia.Az

"Qarabağ"da sürpriz transfer...

İdman
 11-09-2025, 01:44     664

"Neftçi" və futbolçu Ramil Şeydayev arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Axar.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 2024-cü ilin yayında transfer olunmuş Şeydayev "Neftçi"nin heyətində 31 rəsmi oyun keçirib, 4 qol vurub.

***
"Qarabağ"da sürpriz transfer gerçəkləşib.

Ağdam təmsilçisi Ramil Şeydayevlə anlaşıb. "Neftçi"nin qarşılıqlı razılıq əsasında yolları ayırdığı hücumçu 2 illik aradan sonra "köhlən atlar"a qayıdıb.

29 yaşl futbolçu 2017-18 və 2021-23-cü illərdə "Qarabağ"da forma geyinib.

Şeydayev peşəkar karyerası ərzində "Zenit" (Rusiya), "Trabzonspor" (Türkiyə), "Jilina" (Slovakiya), "Krılya Sovetov" (Rusiya), "Dinamo" (Moskva, Rusiya), "Buriram Yunayted"də (Tayland) də çıxış edib.скачать dle 12.1