"Fənərbağça" səfərdə inamlı qələbə qazandı
Futbol üzrə Türkiyə Superliqasında IV turun daha iki oyunu keçirilib.
Axar.az xəbər verir ki, "Fənərbağça" səfərdə "Gənclərbirliyi" ilə qarşılaşıb. Joze Mourinyo ilə yolların ayrılmasından sonra ilk matçında İstanbul təmsilçisi Ankarada inamlı qələbə qazanıb - 3:1.
Günün digər matçında isə "Başakşəhər" evdə "Eyüpspor"la qolsuz heç-heçə edib.
Qeyd edək ki, tura bu gün keçiriləcək 2 oyunla yekun vurulacaq.




