"Neftçi" Polşa komandası ilə qarşılaşdı, 4 qol vuruldu
Polşada təlim-məşq toplanışında olan “Neftçi” növbəti yoxlama oyununu keçirib.
Axar.az xəbər verir ki, “Neftçi” “Termalika" klubu ilə üz-üzə gəlib.
Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. "Neftç"nin qollarını yeni transfer Freddy Vargas (11) və Basala Sambu (78) vurub.
Qeyd edək ki, “Neftçi” Polşa toplanışında daha öncə “Hapoel Təl-Əviv” (İsrail) ilə heç-heçə edib. Komanda iyulun 27-də Yunanıstan “Asteras”ı və 1 avqustda Kipr AEL-i ilə qarşılaşacaq.




