“Qalatasaray” səfərdə qalib gəldi, liderliyə yüksəldi
Türkiyə Superliqasında ikinci tur start götürüb.
Globalinfo.az xəbər verir ki, turun açılış matçında son çempion “Qalatasaray” səfərdə “Konyaspor”la görüşüb. Rəqibini məğlub edən İstanbul təmsilçisi ardıcıl ikinci qələbəsini (2-1) qazanıb.
Bu nəticədən sonra “Qalatasaray” 6 xalla turnir cədvəlində liderdir. “Konyaspor” isə 3 xalla beşinci pillədə qərarlaşıb.




