AzTV-nin əməkdaşı qəfil vəfat etdi
Azərbaycan Televiziyasının (AzTV) kollektivinə ağır itki üz verib. Qurumun gənc və istedadlı əməkdaşı Bahadur Nəsirov vaxtsız dünyasını dəyişib.
Axar.az Konkret.az-a istinadən xəbər verir ki, 38 yaşlı B.Nəsirov bu gün səhər saatlarında qəfil keçinib. Onun ölüm xəbərini həmkarı Sevinc İsmayılqızı ictimaiyyətə çatdırıb.
Mərhumun bir azyaşlı övladı yadigar qalıb.
Allah rəhmət eləsin




