Bia.Az

Nura Surinin məhəlləsində yanğın - Video

Hadisə
 13-02-2026, 01:00     1 364

Xətai rayonu, Babək prospekti 10 ünvanında çoxmərtəbəli yaşayış binalarından birində yanğın başlayıb.

Axar.az xəbər verir ki, bu barədə müğənni Nura Suri sosial şəbəkə hesabında videogörüntülər paylaşıb.

Görüntülərdən aydın olur ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və təcili yardım briqadaları cəlb edilib.

Hazırda binadan əhalinin təxliyəsi istiqamətində tədbirlər görülür.скачать dle 12.1