Bia.Az

Generalın həkim qardaşı marşrut avtobusunda öldü – FOTO

Hadisə
 28-01-2026, 02:09     813

Bakıda sərnişin marşrut avtobusunda vəfat edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Hüseyn Cavid prospektində qeydə alınıb.

53 saylı xətt avtobusunda Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Məhyəddin Məhəmməd oğlu Aydəmirov qəfil vəfat edib.

Dərhal təcili tibbi yardım çağırılsa da, onun öldüyü müəyyən edilib.

İlkin məlumata görə, M.Aydəmirov infarktdan həyatını itirib.

Qeyd edək ki, vəfat edən şəxs cərrah olub. O, uzun illər Sumqayıt Uşaq Xəstəxanasında uşaq cərrahı kimi işləyib.
Araşdırma aparılır.

“Unikal”ın məlumatına görə, M.Aydəmirov ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirovun qardaşıdır.

***09:56

Tanınmış uşaq cərrahı Məhyəddin Aydəmirov 67 yaşında dünyasını dəyişib.
Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Mərhum uzun müddət Sumqayıt Uşaq Xəstəxanasında uşaq cərrahı kimi işləyib.скачать dle 12.1